Yunanıstanda qaraçı taborunda atışma olub - 13 yaralı

31 İyul 2018 23:27 (UTC+04:00)

Trend-in məlumatına görə, 3 qaraçı tabora yaxınlaşaraq atəş açmağa başlayıb.

Hadisə nəticəsində 13 nəfər yaralanıb. Bəzi yaralıların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Polis atəş açanlardan birini saxlayıb. Digər iki nəfərin axtarışları aparılır.