Gənc qadın övladı ilə birgə itkin düşdü

1 Avqust 2018 10:36 (UTC+04:00)

APA-nın məlumatına görə, Lənkəran rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Biləsər kənd sakini Səttar Xalıqov həyat yoldaşı Nüşabə Dövlətovanın azyaşlı oğlu Elbrus Xalıqovla birgə iyulun 20-də evdən çıxdığını, bir daha geri qayıtmadığını bildirib.

Daxil olan müraciət əsasında araşdırma aparılır.

AzNews.az