Zidandan xəbər var

1 Avqust 2018 11:14 (UTC+04:00)

"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, fransalı mütəxəssisin xidmətlərində "Mançester Yunayted" klubu maraqlıdır. Bildirilir ki, "qırmızı şeytanlar" Joze Mourinyo ilə vidalaşacaqları təqdirdə, Zidana müraciət edəcəklər.

Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"də 2016 - 2018-ci illərdə çalışıb. 46 yaşlı baş məşqçinin rəhbərliyi altında "kral klubu" digər titullarla yanaşı, 3 dəfə Çempionlar Liqasını qazanıb.

AzNews.az