Kiçik ürəklərdə böyük sevgi

26 Mart 2013 16:39 (UTC+04:00)

Məlumat üçün bildirək ki, 97 santimetr boyu olan Ayça Özeker (20) ilə həyat yoldaşı 120 santimetr boyundakı Məsud Özekerin (32) eşq hekayəsi bir il əvvəl internetdə başlayıb. İnternetdə tanış olan bu cütlük bir müddət sonra evlənməyə qərar veriblər. Qızın ailəsi buna razılıq verməyəndə Məsud sevdiyi qızı qaçırıb. Daha sonra Ayçanın ailəsi də onların evlənməsinə razılıq verib.

Ayça Özeker : "İzmir Bornova Məscidlərində bir mənzilin bodrum qatında yaşayırıq. Mən eyni zamanda ürək xəstəsiyəm. Sinə qəfəsinin kiçik gəldiyi üçün daxili orqanlarım sıxılır. Bu da ürəyimə vurur. Bir ayağım xəstəxanadadır . Boyumuzun qısa olduğuna baxmayın. Bizim edə biləcəyimiz çox iş var. Məsələn, çox gözəl kompüter istifadə edə bilirəm. Amma müraciət etdiyimiz yerlərdən rədd cavabı alırıq. Boyumuz qısa olduğu üçün bizi işlətmək istəmirlər. Biz bir-birimizi çox sevirik. Tək istəyimiz kimsəyə möhtac olmadan yaşamaqdır. Tək dərdimiz xoşbəxt olmaqdır. "

Xəyalə Məmmədova
AzNews.az