"Vəfa Collection" şirkətinin rəhbəri: “Azərbaycandakı Türkiyə şirkətləri də bizi seçir”

1 Avqust 2018 12:14 (UTC+04:00)

Şirkətə öz adınızı veribsiniz, bu ad tekstil sahəsində özünü doğruldurmu?

Azərbaycanın bugünkü iş həyatında yerimizi nəzərə alsaq, deyə bilərik ki, bəli, bu ad özünü doğruldub.

Şirkətinizin əsas fəaliyyət sahəsi nədən ibarətdir?

-Əsas fəaliyyət sahəmiz otel və başqa müəssisələr üçün tekstil vasitələrinin, iş geyimlərinin tikilişidir.

Azərbaycan bazarında sizin şirkətinizə nə qədər təlabat var?

-Yetərincə tələbat var. Bu gün gün həm otellərlə əlaqədə , həm də iş geyimlərinin tikilişində ən aktiv şirkət bizik.

Xarici bazara çıxırsınız?

-Bəli, Qətər bazarına çıxırıq. Düzdür, aktiv şəkildə xarici bazarlarda fəaliyyətdə deyilik, amma bunu daha da genişləndirmək fikrindəyəm. Birinci Qazaxıstan, daha sonra Rusiya bazarlarına çıxmaq planlarımız var.

Bu günə kimi xarici bazarlara çıxmamaq səbəbiniz nədir?

Ən son hansı iqtisadi forumlarda iştirak edibsiniz?

- Ən son İyun ayının 19-u Heydər Əliyev mərkəzində keçirilən İtaliya prezidentinin Azərbaycanlı iş adamları ilə görüş forumda iştirak etmişik. Foruma cənab prezident İlham Əliyev də qatılmışdı. Demək olar ki, ölkə daxili və xarici bütün forumlara qatılırıq.

Xammal bazanızı haradan təmin edirsiniz?

-Xammalı Türkiyədən, əsasən də Dənizli və Bursa şəhərlərindən alırıq. Oranın ən tanınmış şirkətləri ilə birgə çalışırıq. Hind ipəyi lazım olduqda Hindistandan sifariş edirik.

Bildiyiniz kimi Azərbaycanda pambıqçılığın inkişafı üçün yeni layihələrə start verilib. Yerli baza yaransa yerli xammaldan istifadəni düşünürsünüzmü?

-Tekstil elə bir sahədir ki, burada zəmanət lazımdır. Biz müştərilərlə çalışırıq, onlara zəmanət veririk. Azərbaycanda da bu işin çox yüksək səviyyədə qurulacağına əminəm. Belə bir baza yaradılsa bizim də seçim etmək kimi şansımız olacaq. Bizim ən böyük istəklərimizdən biri də öz yerli xammalımızla işləməkdir.

Azərbaycan bazarında hansı yerli marka ilə rəqabətdəsiniz?

-Bazarda bizə yerli rəqib yoxdur. Azərbaycanda tekstil sahəsində üzərində “Made in Azerbaijan” etkiteti olan məhsullar bizə aiddir. Mən ən çətin vaxtlardan fəaliyyətə başlamışam və 12 ildir şirkətimiz çalışır.

Bəs hansı xarici marka ilə rəqabətdəsiniz?

-Belə deyə bilərəm ki, bu dəqiqə hansısa otel pərdə sifariş etmək istəsə, bizi seçəcək. Çünki xaricdən gələn mallar daha baha olur. Malın qiyməti gömrük keçəndə qalxır. Amma bizdə elə deyil, yerli şirkət olduğumuz üçün gömrük haqqı yoxdur. Məhsulların keyfiyyətinə gəldikdə isə eyni xammaldan hazırlanır. Sizə hətta bunu da deyə bilərəm ki, Türkiyənin Azərbaycandakı şirkətləri belə bizi seçir.

Nigar CƏFƏR

Aznews.az