Dərman içdi, xəstəxanalıq oldu

1 Avqust 2018 14:49 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 1969-cu il təvəllüdlü Hümbətov Vidadi Rza oğlu dərmandan zəhərlənib.

O, Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V. Hümbətova ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. Onun dərmanı bilmədən içdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az