Ərəblər onların işini asanlaşdırdı

1 Avqust 2018 15:02 (UTC+04:00)

Həmin proqram çərçivəsində bu ölkədə olmaq statusunu leqallaşdırmağı arzu edən rezidentlərin burada iş tapmaq məqsədilə altı aylıq müvəqqəti viza almaq üçün müraciət etməsinə imkan verilir.

AZƏRTAC BƏƏ KİV-lərinə istinadla bildirir ki, ölkədə yaranan vakansiyaların paylaşdırılması zamanı BƏƏ-nin İnsan Resursları Nazirliyində qeydiyyata alınmış iddiaçılara üstünlük veriləcək.

Rezidentlərin və əcnəbilərin məsələləri üzrə baş idarənin baş direktorunun müavini Xələf əl-Hait bildirib ki, əgər qeyri-leqallar altı ay ərzində iş tapmasalar, onlar ölkəni tərk etməli olacaqlar.

AzNews.az