Doktorluq dissertasiyasını uğurla müdafiə edən alim Aznews.az-a açıqlama verib.
“Nəticə əldə edəndən sonra problemlərdən danışmağı xoşlamırlar. Lakin əksini demək istəyirəm ki, əgər problemlər varsa, onlardan danışmaq lazımdır ki digərləri artıq bu problemlərdən əziyyət çəkməsin. ” Bunu doktorluq dissertasiyası ilə bağlı AzNews.az saytına açıqlamasında Məhərrəm Zülfüqarlı deyib.
O bildirib ki, yaranan süni təzyiqlər və problemlər müdafiənin vaxtını uzadıb:
“İctimai-siyasi Sovet tarixi çox çətin bir mövzudur. Yeni gələndə ixtisas sahibləri qeyd edirdilər ki, bu dissertasiyadan bir neçə dissertasiya çıxartmaq olar. Mən mövzunu təsdiq edəndə çətinliyini dərk eləmirdim, amma təqdim edəndən sonra çətinliyini anladım. Müdafiəm artıq birinci ildən hazır idi. Lakin qarşılaşdığım bəzi problemlərin nəticəsi olaraq mən 27.01.2018-ci il tarixində müdafiə edib 12.07.2018-ci il tarixində isə diplomu aldım. Problemlərdən biri “Thomson Reuters” jurnal məqalələr şəbəkəsində məqaləmin çap olunması zərurəti idi. 4 il mən bu məqaləyə görə ləngidim. Müdafiəni 4 il əvvəl etsəydim daha yaxşı işlər görə bilərdim. Düzü məqalə mənim də xoşuma gəldi və həmin məqalə Polşanın jurnallarında dərc olundu.”
Pərvanə Ağazadə
AzNews.az