Facebook-dan yenilik: hamı müğənni olacaq!

1 Avqust 2018 15:51 (UTC+04:00)

Aznews.az “Habertürk”ə istinadən xəbər verir ki, mahnı oxumağı xoşlayanlar üçün Facebook-un yeni özəlliyi maraq doğuracaq. Şəbəkəni araşdıranlardan biri Ceyn Vonq Twitter-dəki paylaşımında bu özəlliyi və onun detallarını qeyd edib.

“Talent Show” insanlara tanınmış mahnıların yerləşdirdiyi siyahı təqdim edəcək və oradan seçə bildikləri hər mahnını öz istəklərinə uyğun formada səsyazma ilə ifa edə biləcəklər.

Qeyd edək ki, Facebook keçən ildən bəri “Universal”, “Sony”, “Warner” kimi böyük, həmçinin bir sıra müstəqil şirkətlərlə əlaqələr yaradıb. Bunların musiqilərin müəllif haqlarını almaq və “Talent Show”-nun hər hansı bir hüquqi problemlə qarşılaşmaması üçün olduğu ehtimal olunur.

Nurlan AĞA
Aznews.az