Ermənistan Qarabağla üzləşməyə məcburdur! - Türkiyəli jurnalistin köşəsi

1 Avqust 2018 17:01 (UTC+04:00)

AzNews.az həmin yazını təqdim edir:

“Ermənistanın baş naziri Nikol Paşinyan Əl-Cəzirə televiziyasına verdiyi açıqlamada "Ermənistan ilə sərhədləri bağlayan Türkiyədir. Bizim tərəfdən sərhəd hər zaman açıq olacaq "deyib və əlavə edib: "Türkiyə ilə ön şərt irəli sürmədən diplomatik əlaqələri qurmağa hazırıq ... "

Paşinyan həmçinin bildirib ki, regional məsələlər sülh və danışıqlar yolu ilə həll edilə bilər.

Bu açıqlamalar müəyyən çərçivədə saf-çürük edilsə, bəziləri tərəfindən ciddi və müsbət addım kimi təqdim edilə bilər. Lakin məsələ heç də göründüyü kimi bu səmimi və şəffaf deyil.

Baxın, hadisənin bizim tərəfimizdən üç vacib cəhəti var.

BİRİNCİ məsələ Azərbaycanın işğal olunmuş ərazilərinin gələcəyidir. Dağlıq Qarabağ bölgəsi 1992-ci ildə Ermənistan tərəfindən işğal edilərkən yüzlərlə günahsız insan qətlə yetirilmiş, 1 milyondan çox insan yurdundan didərgin salınmışdır. Türkiyə qapıları 1993-cü ildə bağlayıb. BMT qətnamələrinə və ATƏT-in Minsk Qrupunun sülh səylərinə baxmayaraq Ermənistan bu qərarları diqqətə almayıb və beynəlxalq hüququ heçə sayıb. Xatırlayırsınızsa, Abdullah Gülün Prezidentliyi dövründə Türkiyənin danışıqları ilə əlaqələrdə qismən nəticə əldə olunmuşdu və "Türkiyə sərhəd qapısını açacaq?" sualı gündəmdə öz yerini almışdı. Cənab Gül Ermənistana səfər edən ilk prezident oldu. Bu ermənilər üçün ciddi bir fürsət idi. 2009-cu ildə protokolla hətta sərhəd qapılarının açılmasının tarixi müəyyənləşdirilmişdi. Lakin öz parlamentləri bu protokolu rədd etdiyi halda, Türkiyədən TBMM-nin təsdiq qərarını gözləməklə məsələni dalana dirədilər. Buna səbəb "işğal etdiyimiz torpaqları bu prosesin bir hissəsi olaraq görmək istəmirik" düşüncəsi idi.

İKİNCİ, bu məsələdə Rusiya tarixən həlledici mövqeyə malikdir. İşğal ərəfəsində ermənilərə ən böyük dəstəyi göstərdilər. Onlar həmçinin, diplomatik proseslərdə Ermənistana qarşı prioritet münasibətlərini qorumağa çalışdılar. Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması Rusiyanın liderliyinin bir işarəsi olaraq qəbul edilə bilər. Belə bir prosesdə Rusiya necə bir həll yolu təklif edəcək və ya Türkiyənin Azərbaycanla bağlı ciddi bir addım atılmasına icazə verəcəkmi?

ÜÇÜNCÜ amil Erməni diasporu və Ermənistandakı bəzi təşkilatların PKK terror təşkilatı ilə tarixi əməkdaşlığıdır. Ermənistanın sülh əleyhdarı olan qüvvələri terror təşkilaları ilə işbirliyi içində addımlar atmış və bu əməlləri Türkiyənin zəifləməsinin bir yolu olaraq görüblər. Terror təşkilatı cəbhəsində də yanaşma bu cürdür. Sözdə “çözüm prosesi”nin iflasa uğramasından bir qədər əvvəl, 2015-ci ilin yanvar ayında terörist Öcalan yazdığı bir məktubda "ermənilərə qarşı soyqırım törədildiyi"ni iddiasında edir və "kürdlərin azadlıq mübarizəsi ilə erməni xalqının həyat mücadiləsi bərabər keçib" deyərək kürd və erməni məsələsini eyni görürdü.

Bütün bunları ümumiləşdirdikdə Türkiyənin Azərbaycanla müəyyən həmrəyliyə malik olmadan bu məsədə addım atması riskli görünür. Görünən dağa bələdçi lazım olmadığını Ermənistanın Xarici İşlər Naziri Tigran Balayanın bu sözləri ilə də təsdiqləmək mümkündür :

"Türkiyə prezidenti və xarici işlər naziri Bakını ziyarət edib və orada ünvanımıza mənfi fikirlər söyləyib. Bu an etibarilə Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırmağa hazır olduğunu düşünmürük. "

Tərcümə etdi:
Pərvanə Ağazadə
AzNews.az