APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində bildirib.
Prezident qeyd edib ki, bu siyasət davam etdiriləcək.
"Beynəlxalq və siyasi müstəvidə təşkilatlar bizi dəstəkləyir. Azərbaycan və Ermənistan arasında iqtisadi sahədə böyük fərq, uçurum var. Hərbi sahədə də iyun ayında keçirdiyimiz parad göstərdi ki, kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edir və edəcəyik. Ermənistan rəhbərliyi bilməlidir ki, torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır", - deyə o vurğulayıb.
AzNews.az