8 İŞİD lideri edam edildi

1 Avqust 2018 20:03 (UTC+04:00)

“Ölkə.Az” xəbər verir ki, 8 terrorçu edam edilib.

İŞİD terrorçuları qruplaşmaya qarşı savaşdıqları üçün və müxtəlif hücumlar etdikləri üçün öldürülüblər. Terrorçuların səkkizi də Sarkip qəsəbəsində ələ keçirilib. “Təhrir əş-Şam” qruplaşması ələ keçirdiyi terrorçuları məzarlıq içində yan-yana düzərək güllələyib. Öldürülənlər arasında olan Əbu Eyhəm əl Humusi İŞİD-in Hüms, Həma və Şimali Suriya üzrə rəhbəri olduğu bildirilir.