XİN rusiyalı jurnalistlərin ölümü ilə əlaqədar başsağlığı verib

1 Avqust 2018 20:18 (UTC+04:00)

Başsağlığı Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yayılıb.

Başsağlığında deyilir: "MAR-da faciəli şəkildə ölən rusiyalı jurnalistlərin doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk".

Qeyd edək ki, dünən MAR-da 3 rusiyalı jurnalist Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko öldürülüb.

AzNews.az