Xarici İşlər Komitəsinin sədri zorlamada ittiham olunur

26 Mart 2013 19:20 (UTC+04:00)


Məlumatda həmçinin deyilir ki, məsələni araşdırmaq üçün DNT analizi aparılacaq. Zorlamada ittiham olunuan Brok Ukraynaya növbəti gəlişi zamanı sərhəddə saxlanıla bilər.

Bildirək ki, Ukrayna mətbuatında 2012-ci ilin dekabrında Brokun Kiyevə səfəri zamanı 3 eskort-servisdən olan qızla birlikdə bir neçə gecə klubunda olduğu haqqında məlumat verilmişdi. Bundan sonra isə yanvar ayında qızlar Avropa Parlamentinin prezidenti Martin Şultsa açıq məktub yazaraq Avropa Parlamentinin deputatı Elmar Broka təzyiq göstərilməsini tələb ediblər. Onlar özlərinin bir sıra problemlərində parlamentarini günahkar bilirlər.

Xatırladaq ki, martın 21-də Avropa Parlamentinin Brüsseldə binası qarşısında FEMEN-in fəallarından biri soyunaraq Elmar Brokdan ukaynalı qadınlarla cinsi əlaqədə olmasına son qoymağı tələb edib.

Avropa parlamentinin Ukraynadakı nümayəndəliyi Brokla bağlı aksiyanı pisləyib və bunu Broka qarşı "misli görünməmiş təhqir" adlandırıb. Nümayəndəlik həmçinin bu ittihamın saxta olduğunu bildirib.
.

AzNews.az