``Əli Kərimlinin namizədliyi təkcə AXCP-nin istəyi ilə olmamalıdır``

26 Mart 2013 19:34 (UTC+04:00)
Azərbaycanda növbəti parlamet seçkilərinə 6 aydan bir qədər artıq vaxt qalmaqdadır. Ölkənin aparıcı müxalifət partiyalarından olan AXCP-nin seçkilərdə necə iştirak edəcəyi isə partiya tərəfindən rəsmən açıqlanmayıb.

Partiyanın sədr müavini Fuad Qəhrəmanlı deyerler-ə partiyanın seçkiyə hazırlıqları ilə bağlı bunları deyib: "Bilirsiniz ki, AXCP İctimai Palatada təmsil olunur və İctimai Palatanın seçkiyə hazırlıqlarla bağlı qərarı var. Biz düşünürük ki, seçkiyə hazırlıq ilk növbədə seçki qabağı mühitin demokratikləşməsi istiqamətində aparılmalıdır. Namizədin müəyyən olunmasından daha mühüm olan bir şey var. O da seçki qabağı mühitin demokratikləşməsidir. Hazırda bu istiqamətdə işlər görülməkdədir. Həm Bakıda, həm də bölgələrdə insanlarla görüşlər keçiririk. Bunlarla paralel həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı hakimiyyətin korrupsioner fəaliyyətinə yönəltmək, həmçinin qarşıdan gələn seçkilərin mövcud hakimiyyətin saxtalaşdırmağa hazırlaşdığına diqqəti cəlb etmək üçün ciddi adddımlar atılır"

Əli Kərimlinin namizədlik məsələsinə gəldikdə isə Fuad Qəhrəmanlı deyib ki, Əli Kərimlinin namizədliyi təkcə AXCP-nin istəyi ilə olmamalıdır. "Bizim üçün bu gün prioritet məsələ müxalifətin real birliyinə nail olmaqdır. Biz inanırıq ki, bu istiqamətdə müsbət nəticələr olacaq. Yaxın günlərdə biz bunun şahidi olacağıq. Əli Kərimli dəfələrlə bildirib ki, məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Lakin bu təkcə AXCP-nin istəyi ilə olmamalıdır. Biz istəyirik ki, namizədlik məsələsi müxalifətin birliyi əsasında konsensusla həll olunsun".

AzNews.az