Yataqxanada yanğın

26 Mart 2013 19:36 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kvadrat metr olan 1 otaqlı mənzilin eyvanında 2 kvadrat metr sahədə taxta konstruksiyalardan ibarət rəf yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az