Aznews.az xəbər verir ki, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gül Twitter hesablarından açıqlama yazıblar.
Daxili işlər naziri Süleyman Soylu öz tvitində “Amerikada bir malımız var: FETÖ. Onu da orada qoymarıq. Alacağıq!” yazıb.
Ədliyyə naziri Əbdülhəmid Gül isə “Mənim bu torpaqlarda yaşamaq və ölməkdən başqa bir arzum olmayıb. ABŞ və ya hansısa xarici ölkədə nə bir qəpik pulum, nə də əkdiyim bir ağac var. Qismət olsa, bəlkə, nə vaxtsa məmləkətim Antepdə bir zeytunluq alaram” şəklində tvit atıb.
Nurlan AĞA
Aznews.az