Quldurluq etdi, tutuldu

2 Avqust 2018 13:50 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumata görə, avqustun 1-də Bərdə rayonunun Əyricə kəndi ərazisində naməlum şəxs Alpoud kənd sakini Qulu Aləşrəfovu bıçaqla hədələyib mobil telefonunu alıb.

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Soğanverdilər kənd sakini Rəşad Mustafayev saxlanılıb.

AzNews.az