“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad “Twitter” səhifəsində yazıb.
Keçmiş prezident bir müddət əvvəl Sadiq Laricaninin sədri olduğu İran Məhkəmə Hakimiyyətinin korrupsiya ilə məşğul olduğunu bildirmişdi.
İyulun 31-də isə Mahmud Əhmədinejad və yaxın ətrafı İrandakı mövcud vəziyyətə etiraz etmək üçün Daxili İşlər Nazirliyindən icazə ilə bağlı müraciət edib. İndiyədək onun müraciətinə cavab verilməyib.
AzNews.az