Trampdan Kim Çen Ina: “Növbəti görüşümüzü səbirsizliklə gözləyirəm”

2 Avqust 2018 15:26 (UTC+04:00)

Aznews.az xəbər verir ki, Tramp Twitter hesabında “sözünü tutduğun və oradakı dünyasını dəyişmiş sevdiklərimizin qalıqlarının qaytarılması üçün prosesləri başlatdığına görə təşəkkür edirəm. Belə gözəl qərar verilməsi məni heyrətləndirmədi” – deyə, yazıb.

Həmçinin ABŞ prezidenti öz tvitində Kim Çen Ina məktubu üçün təşəkkür edib və onunla növbəti dəfə görüşəcəyi günü səbirsizliklə gözlədiyini qeyd edib.

Nurlan AĞA
Aznews.az