“ABŞ hökuməti həddini çoxdan aşıb” - Dövlət Baxçalı

2 Avqust 2018 16:31 (UTC+04:00)

Aznews.az “Hürriyet”ə istinadən xəbər verir ki, Baxçalı “ABŞ hökuməti həddini çoxdan aşıb, sərhəd xəttini keçib, haqqındakı yalan və şayiələrin zirvəyə çatdığı rahib uğrunda müttəfiqliyi heçə sayıb” şəklində münasibət bildirib.

ABŞ-ın sanksiyalarına misli ilə cavab verməli, Türkiyəyə barmaq silkələyənlərə hədlərini bildirməli olduqlarını qeyd etmiş partiya sədri ABŞ-ın ağılını başına yığması və onları kiçildən məntiqsiz və məsuliyyətsiz davranışlardan çəkinməli olduqlarını vurğulayıb.

“Keşiş istəyən keşiş verməyə də hazır olmalıdır” demiş D.Baxçalı MHP-nin bütün oyunları gördüyünü və nə Türkiyə prezidentinin, nə də nazirlərin köməksiz olmadığını bildirib. MHP sədri bu işin sonuna qədər dövləti və hakimiyyəti dəstəkləyəcəklərini də qeyd edib.

Nurlan AĞA
Aznews.az