Arvadını öldürənə hökm oxundu - 17 il

2 Avqust 2018 17:05 (UTC+04:00)

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Binəqədi rayonunda baş verib. R.Çərtikov həyat yoldaşı Arifə Çərtikovanı qətlə yetirib.

Məhkəmədə elan olunmuş ittiham üzrə R.Çərtikov özünü qismən təqsirli bildiyini deyib.

O söyləyib ki, 33 illik həyat yoldaşını qısqanclıq zəminində öldürüb.

AzNews.az