Aznews.az “Habertürk”ə istinadən bildirir ki, ölkə ərazisində alış-veriş zamanı fotolu vəsiqədən istifadə olunduğunu vurğulamış prezident seçkidə yalnız amerikan vətəndaşlarının səs verə bilmələri üçün sənədlərin hazırlanmasının vacibliyini vurğulayıb. Lakin bu real olmadığına görə vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. ABŞ-da alkoqol, siqaret və bəzi dərmanlardan başqa, alış-veriş üçün vəsiqə tələb olunmur. Bununla da bir sıra jurnalistlər və gülüş ustaları Trampın bu sözlərini sosial mediada şərh ediblər.
“CNN” müxbiri Cim Akosta prezidentin ölkədən və əhalidən xəbərsiz olduğunu bildirib. Bir sıra sosial media istifadəçiləri isə Twitter-də Ağ evin profilini etiketləyərək, Trampın axırıncı dəfə nə vaxt alış-verişə çıxdığını soruşublar.
Nurlan AĞA
Aznews.az