Erməni yığması məğlub oldu

26 Mart 2013 21:21 (UTC+04:00)


Apa-da verilən məlumata görə, bu gün B qrupunda çıxış edən Ermənistan yığması Çexiya millisini qəbul edib. Oyun 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Torları 47-ci və 81-ci dəqiqələrdə Vıdra və ikinci hissəyə artırılmış vaxtın 4-cü dəqiqəsində Kolarj vurublar.

Bu oyundan sonra Ermənistan yığması 4 görüşdən 3 xal toplayıb.

AzNews.az