Rusiya təyyarəsi Türkiyədə faciədən son anda xilas oldu

2 Avqust 2018 19:13 (UTC+04:00)

Publika.az xəbər verir ki, rus pilotun peşəkarlığı sayəsində təyyarələr göydə toqquşmaqdan xilas olublar.

Hadisə rusiyalı turistləri Antalyadan Rusiyaya aparanda baş verib. Türkiyə hava məkanında baş verən hadisədə rusiyalı pilot qarşılaşdığı təyyarə ilə əlaqə qurmağa çalışıb. Həmin təyyarə pilotu cavab vermədiyindən radio siqnalları işə salıb, amma yenə də təyyarədən cavab verilməyib. Bu zaman o, ani bir manevr ilə təyyarənin uçduğu hündürlüyü artırıb. Pilotin çevikliyi nəticəsində təyyarələr toqquşmaqdan xilas olub.