Ağdamda 4 otaqlı ev yanıb

2 Avqust 2018 19:25 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, rayonun Alıbəyli kəndində ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 24 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzNews.az