iPhone 5S nə vaxt satışda olacaq?
26 Mart 2013 21:27 (UTC+04:00)
Apple-ın Smartfon sektorunda maraqla gözlənilən iPhone 5S-i nə vaxt təqdim edəcəyi bir çoxunu maraqlandırır. Texnologiya dünyasına düşən ən son söz-söhbət, yeni nəsil iPhone-nun bir neçə ay ərzində bazarda satışa çıxacağı istiqamətindədir.
Smartfon bazarına bir-birinin ardınca çıxarılan cihazlar, Apple-ın bu vəziyyətə nə vaxt əl qoyacağı və bir çox məsələ müştərini olduqca maraqlandırır.
Bu marağı bir azda olsa dindirəcək olan bu açıqlama, ABŞ-lı bir analitik tərəfindən verildi.
ABŞ sərmayə bankı Piper Jaffray analitiki Gene Münster, yeni nəsil iPhone üçün mühüm açıqlama verdi. Münster, iPhone 5S-in satışının iyun ayında başlayacağını, sentyabrda "ucuz qiymətli" iPhone-un satışa təqdim ediləcəyini iddia edib.
Münster, Apple İyun ayı sona çatmadan 4 milyon iPhone 5S sata bilər. Bu məlumata müqayisədə, iPhone 5, satışa təqdim edildiyi həftə ərzində 5 milyon satmışdı.
AzNews.az