FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 1-də 72,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 1-də 72,94 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,04 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 1-də 72,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2 dollar/barel azdır.