Konserv qutusundan ilan çıxıb

3 Avqust 2018 09:00 (UTC+04:00)

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bişirmək üçün yaşıl lobya konservi alan qadın evdə onu açarkən gözləmədiyi vəziyyətlə üzləşib.

Qutunun içində qara ilan olub. Qadın qutunu aldığı mağaza sahibinə göstərdikdən sonra satışda olan bütün konservlər yığışdırılaraq istehsalçı firmaya geri qaytarılıb. İçindən ilan çıxan qutu isə laboratoriyaya göndərilib.

AzNews.az