Tokio Seula etiraz etdi

3 Avqust 2018 09:38 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 3-də keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib. O deyib: “Yaponiyanın razılığı olmadan həmin rayonda tədqiqatların aparılması yolverilməzdir. Buna görə biz diplomatik kanallar vasitəsilə etirazımızı bildirmişik”.

Yaponiya hökumətinin məlumatına görə, avqustun 1-i və 2-də Takeşima adaları yaxınlığında görünən gəmi Yaponiya sahil mühafizəsinin xəbərdarlıqlarına baxmayaraq, hələ də həmin ərazini tərk etməyib.

AzNews.az