Modern.az xəbər verir ki, müvafiq sənədi hakerlərin vəkili təqdim edib. Hüquq-mühafizə orqanlarına yaxın mənbələr haker hücumlarının baş verdiyini təsdiqləyiblər.
“Lurk” haker qrupunun üzvləri 2016-cı ildə saxlanılıblar. Onlar banklar və kommersiya təşkilatlarından 3 milyard rubl oğurlamaqda ittiham olunurdular.
2017-ci ilin sonlarında isə sözügedən cinayət işi üzrə adı keçən Konstantin Kozlovski bəyan etmişdi ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə ABŞ-ın Demokrat Partiyasının Milli Komitəsinin saytının dağıdılmasında və ölkə prezidentliyinə namizəd Hillari Klintonun şəxsi yazışmalarının mənimsənilməsində iştirak edib.
AzNews.az