Hindistanda qəribə olay - 200 kilo saç oğurlandı

3 Avqust 2018 10:54 (UTC+04:00)

Trend-in məlumatına görə, emalatxanadan 200 kiloqram çəkisində saç oğurlanıb.

Emalatxana sahibinin sözlərinə görə, qarətçilər onu silahla təhdid edərək həm parikləri, həm də parik üçün materialları aparıb. Ümumilikdə emalatxanaya 17 min dollar həcmində ziyan vurulduğu bildirilib.

Qeyd edək ki, Hindistana parik və qaynaq saçlar hazırlanması hər il 300 milyon dollara yaxın gəlir gətirir.

AzNews.az