Argentina millisində yeni baş məşqçi

3 Avqust 2018 11:35 (UTC+04:00)

“Report” Argentina Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda müvəqqəti olaraq Lionel Skaloniyə həvalə olunub. Ona Pablo Aymar və Martin Takolli kömək edəcəklər.

Qeyd edək ki, Rusiyada keçirilən 2018-ci il dünya çempionatındakı uğursuzluğa görə baş məşqçi Xorxe Sampaoli istefaya göndərilib. Skaloni 2017-ci ildən Argentina yığmasında köməkçi-məşqçi qismində çalışırdı. 40 yaşlı mütəxəssis futbolçu karyerası ərzində İspaniyanın “Deportivo”, “Rasinq”, “Malyorka”, İtaliyanın “Latsio” və İngiltərənin “Vest Hem” komandalarında çıxış edib və Argentina millisində 7 oyun keçirib.

AzNews.az