Ruslan Abışov əməliyyat olundu

3 Avqust 2018 12:21 (UTC+04:00)

“Report” xəbər verir ki, Almaniyada baş tutan əməliyyat uğurlu keçib.

Kapitan bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın "Uypeşt” komandası ilə cavab oyununda zədələnən Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı.

AzNews.az