Türkiyəli hərbi qulluqçular Azərbaycanda - Fotolar

3 Avqust 2018 12:27 (UTC+04:00)

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Proqrama uyğun olaraq qonaqların Bakı, Gəncə, Şəmkir və Şəki şəhərlərinə ekskursiyası təşkil edilib. Türkiyəli heyət ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, adət-ənənəsi ilə yaxından tanış olub, mətbəximizə məxsus yemək və şirniyyatlardan dadıblar.