Tramp ABŞ jurnalistlərini saxta və yalançı adlandırdı

3 Avqust 2018 16:29 (UTC+04:00)

Aznews.az “Habertürk”ə istinadən xəbər verir ki, ABŞ prezidenti jurnalistləri həqiqi siyasi rəqibləri olaraq qiymətləndirib. Mitinqdə Tramp tərəfdarları “iyrənc, yalançı media!” şüarını səsləndiriblər.

“Hanı mətbuat azadlığı? Hanı düzgün xəbərlər?” – deyə, media nümayəndələrinə üz tutmuş D.Tramp onları xəbər yox, sadəcə, yalan hekayələr və məlumatlar hazırladıqları ilə bağlı ittiham edib. O, medianın Şimali Koreya lideri Kim Çen Inla Sinqapurdakı görüşü zamanı nələr əldə etdiklərini yazmadıqları, Rusiya prezidenti Vladimir Putinlə Helsinki görüşünü yalan və yanlış xəbərlərlə çatdırdıqlarını bildirib.

Nurlan AĞA
Aznews.az