Ayətullah Xamenei Ruhaninin tələbini rədd etdi

3 Avqust 2018 17:18 (UTC+04:00)

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani və Milli Təhlükəsizlik Ali Şurası onların azad edilmələri ilə bağlı ayətulah Xameneiyə müraciət etmişdi.

İranın ali rəhbəri müraciətə cavab olaraq bildirib: “Ölkədə aradan qaldırılası daha əhəmiyyətli problemlər var. Hökumət və Milli Təhlükəsizlik Ali Şurası bu problemlərin təqibçisi olmağı istəməlidir”.

Qeyd edək ki, Mehdi Kərrubi və Mirhüseyn Musəvi 2009-cı ildə keçirilən prezident seçkisində namizəd olublar. Onların tərəfdarları seçkinin saxtalaşdırılmasına etiraz olaraq aksiya keçirmişdi. Hakimiyyətiçi bu xəttə “Yaşıllar hərəkatı” deyirdilər. 2011-ci ildən indiyədək Mehdi Kərrubi, Mirhüseyn Musəvi və həyat yoldaşı Zəhra Rahnəvərd heç bir məhkəmə olmadan ev dustağıdır.

Onların azadlığa buraxılması Həsən Ruhaninin seçki proqramında öz əksini tapmışdı.

AzNews.az