Çin və ABŞ arasında ticarət müharibəsi

3 Avqust 2018 17:59 (UTC+04:00)

Aznews.az “Milliyet”ə istinadən bildirir ki, Çin hökuməti ABŞ-ın 60 milyard dollara yaxın mallarına müxtəlif ölçüdə gömrük tarifi tətbiq olunacağını açıqlayıb. Nazirlik vurğulayıb ki, Çinin tarifləri ABŞ-ın yeni tariflərinin qüvvəyə minməsindən sonra ən yaxın vaxtda tətbiq olunacaq. Vergi dəyərləri 5%-lə 25% arasında dəyişir.

Qeyd edək ki, Çin tərəfi gördükləri tədbirin məqsədini ölkənin maraqlarını qorumaq və ticarət gərginliyini aradan qaldırmaq olduğunu qeyd edib. “Çinin ABŞ mallarına tətbiq edəcəyi tarif məntiqə uyğun və müəyyən hədd çərçivəsində olacaq. Bunun icrası isə ABŞ-ın addımlarından asılıdır” – deyə, açıqlamada bildirilib.

Nazirlik Çinin ABŞ-a qarşı planlaşdırılan digər addımların gizli saxlanıldığını vurğulayıb.

Nurlan AĞA
Aznews.az