Qusarda yol qəzası - Ölən və yaralananlar var

3 Avqust 2018 19:03 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən (DİN) AzNews-a verilən məlumata görə, Avqustun 2-də saat 8 radələrində Qusar rayonunun Xuray kəndi ərazisində kənd sakini Novruz Babayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.