Ermənilər tərəfindən əsir-girov götürülən azərbaycanlıların sayı açıqlanıb

3 Avqust 2018 20:15 (UTC+04:00)

Komissiyadan Trend-ə verilən məlumata görə, hazırda Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin sayı 3875 nəfər təşkil edir. Onlardan 3610 nəfəri kişilər, 265 nəfəri isə qadınlardır.

İtkin düşmüş şəxslərin 3168 nəfəri hərbçilər, 707 nəfəri isə mülki şəxslərdir (uşaq - 67 nəfər, qadın - 265 nəfər, qoca - 324 nəfər).

Əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslərın sayı 871 nəfərdir. Bunlardan kişilər 773 nəfər, qadınlar isə 98 nəfər təşki edir. Həmin şəxslərin 604 nəfərini hərbçilər, 267 nəfərini isə mülki şəxslər təşkil edir (uşaq - 29 nəfər, qadın - 98 nəfər, qoca - 112 nəfər).

Əsir və girovluqdan azad edilmiş şəxslərin sayı 1476 nəfərdir. Onlardan 1113 nəfəri kişilər, 363 nəfəri qadınlardır. Əsir və girovluqdan azad edilmiş şəxslərin 362 nəfəri hərbçilər, 1114 nəfəri isə mülki şəxslərdir (uşaq - 223 nəfər, qadın - 363 nəfər, qoca - 224 nəfər).