Çində daşqınlar nəticəsində 20 nəfər ölüb

3 Avqust 2018 22:27 (UTC+04:00)

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, yerli hökumətin məlumatına görə, təbii fəlakətdən daha çox kəndlərindən birində böyük daşqın baş verən Hami qəzası zərər çəkib.

İyulun 31-də Sinçen kəndinə rekord miqdarda yağıntı düşüb. Nəticədə yaşayış məntəqəsi su altında qalıb. Son məlumatlara görə, insan itkisi ilə yanaşı 8,7 mindən çox ev və müxtəlif tikili ziyan görüb.