Ölənlərin sayı 156-ya çatdı – Yaxın Şərqdə

3 Avqust 2018 23:14 (UTC+04:00)

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyinin yerli nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

“Qəzzanın şərqində 25 yaşlı fələstinli həlak oldu, 120 nəfər yaralanıb”, - agentliyin həmsöhbəti deyib.

Həkimlərin hesablamalarına görə, cavan oğlan martın 30-da Qəzza sərhədində “Qayıdış marşı”nın başlanmasından bu yana həlak olan 156-cı fələstinlidir.