Rusiya ABŞ-a məxfi məktub göndərdi

4 Avqust 2018 11:39 (UTC+04:00)

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, məktubda Rusiyadan ABŞ-a Suriyanın bərpası üçün təklif ünvanlanıb.

Məktubun ünvanlanması üçün tam məxfi kanallardan istifadə edildiyi bildirilir.

Təklif əsasən, ölkənin bərpası və qaçqınların geri qaytarılması prosesində əməkdaşlığı nəzərdə tutur.

Məktub iyulun19-da ABŞ-ın ərazi üzrə əsas generalı, dəniz piyadaları komandanı general Cozef Danforda ünvanlanıb.

Qeyd edək ki, məktuba ABŞ hərbi rəhbərliyi tərəfindən yalnız siyasi razılıqdan sonra bu cür əməkdaşlığa gedilə bilinəcəyi cavabı verilib.

AzNews.az