Xarici İşlər naziri istefa verdi

27 Mart 2013 07:00 (UTC+04:00)
İtaliya xarici işlər naziri Culio Tersi istefa verdiyini bəyan edib. O bunu iki italyan dənizçisinin Hindistana verilməsi ilə izah edib.

Sözügedən dənizçilər Massimilyano Latorre və Salvatore Cironeni hindistanlı balıqçıları öldürməkdə günahlandırırlar.

"Mən dənizçiləri Hindistana göndərməyin əleyhinə idim, lakin mənim səsim eşidilmədi... Mən dənizçilərimiz və onların ailələri ilə həmrəylik nümayiş etdirərək istefa verirəm", deyə Tersi bildirib.

2013-cü il fevralın 15-də Ərəbistan dənizində Hindistanın Kerala ştatının sahilindən təxminən 15 dəniz mili məsafədə İtaliyanın "Enrica Lexie" gəmisinin təhlükəsizlik əməkdaşları səhvən 2 hindistanlı balıqçını dəniz qulduru zənn edərək güllələyiblər.

İtaliyanın xarici işlər naziri vəzifəsini müvəqqəti olaraq baş nazir Mario Monti icra edəcək.

AzNews.az