Azərbaycan Qran Prisi ən yaxşı seçildi - Foto

4 Avqust 2018 15:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, nəticədə 2018-ci il Formula 1 Azərbaycan Qran Prisi bu ilin ən yaxşı mərhələsi hesab olunub.

Belə ki, səs verənlərin 62 faiz Bakıda keçirilən Qran Prini ən yaxşı mərhələ hesab edib. İkinci yeri isə 38 faiz səslə Böyük Britaniya Qran Prisi tutub.

Qeyd edək ki, 27-29 aprel tarixlərində keçirilmiş Azərbaycan Qran Prisində “Mercedes”in britaniyalı pilotu Lyuis Hemilton qalib gəlib.