İnterpolun axtardığı azərbaycanlı Ukraynada tutuldu

4 Avqust 2018 16:42 (UTC+04:00)

AzNews.az Virtual.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin məlumat verib.

Azərbaycanlı “narkobaron” Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib:

“Xəlilov Ukraynada saxta sənədlərlə yaşayıb və “vaxtını boş yerə itirməyib”. Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və “vor zakon” olmağa can atır”, - deyə Yenin bildirib.

Ukrayna Milli Polisi başçısının birinci müavini Vyaçeslav Abroskin özünün “Facebook” səhifəsində yazıb ki, saxlanılmış şəxs “vor zakon”ların fəaliyyəti ilə bağlı vacib ifadələr verib:

“Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.