"Sumqayıt"ın futbolçusu Portuqaliya klubunda

4 Avqust 2018 16:21 (UTC+04:00)

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı sağ cinah müdafiəçisi I Divizionda çıxış edən "Cova da Piedade" klubu ilə müqavilə imzalayıb.

"Sumqayıt" Azərbaycan futbolunun inkişafını, azərbaycanlı futbolçuların və milli komandalarımızın mənafeyini ön planda tutaraq Nağıyevin Portuqaliya klubuna transfer olunmasına razılıq verib.

Qeyd edək ki, 2012-ci ildən Ukrayna “Dnepr”ində (13 oyun, 1 qol) çıxış etmiş Dmitri Nağıyev ötən mövsüm “Qarabağ Vyana”da 15 oyuna 1 qol vurub. Nağıyev həmçinin Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.

AzNews.az