AzNews.az xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində tanınmış xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran Hüseynov deyib.
Builki festivalın da çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayan teleaparıcı bildirib ki, ənənəyə sadiq qalaraq, yubiley festivalına da musiqi dünyasında məşhur olan kollektivlər dəvət edilib.
Hacı Nuran deyib: “Festivalı izləmək üçün insanlar Qəbələyə gəlirlər. Onlar həm istirahət edir, həm də konsertlərdən zövq alırlar. Festival iştirakçıları, xüsusilə də xaricdən gələn qonaqlar Azərbaycanın regionlarının inkişafını əyani şəkildə görürlər. Bu festival Azərbaycan mədəniyyətini, musiqisini dünyaya tanıdır”.