Goranboyda yol qəzası - Ana və övladları yaralandı

4 Avqust 2018 17:45 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21015" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Goranboy rayonun Veyisli qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Əminə Şəmsəddin qızı Həsənova və onun övladları, 2000-ci il təvəllüdıü Günel Məhəmməd qızı Məmmədova və 2010-cu il təvəllüdlü Aysu Məhəmməd qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.