Maya sivilizasiyası niyə məhv olub? - Səbəb + Foto

4 Avqust 2018 23:59 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, alimlərin fikrincə Maya mədəniyyətinin yoxa çıxmasına səbəb quraqlıqdır.

Tədqiqatçılar bu nəzəriyyənin sübutunu Çiçançanab gölündə tapıblar.

Belə ki, alimlər Yukatan yarımadasında illik yağıntının 70% və rütubətin miqdarının isə 7 % azaldığını aşkar ediblər. Tədqiqatın rəhbəri Nikolas Evansın bu informasiyanın tam etibarlı olduğunu bildirib.

Həmçinin, alimlər qədim sivilizasiyanın yeni sirlərinin açılcağına da ümid edirlər.

Qeyd edək ki, qədim sivilizasiya 4 min il əvvəl mövcud olub. Mayalılara aid yaşayış məskənləri hazırda Meksika, Honduras və Belizdə yerləşir.

Sivilizasiyanın məhv olmasının səbəbləri 1990-cı ildən öyrənilir.